Ən son xəbərlər:

02.10.2022/17:28/İndoneziya çempionatının 11-ci turunda keçirilən “Arema” – Persebaya” oyunu faciə ilə başa çatıb

İndoneziya çempionatının 11-ci turu çərçivəsində Malanqdakı Kanjuruhan stadionunda keçirilən “Arema” – Persebaya” oyunu (2:3) faciə ilə başa çatıb.

Qol.az “Reuters”ə istinadən xəbər verir ki, oyundan sonra baş verən iğtişaşlar 174 nəfərin həyatına son qoyub, ən azı 180 nəfər isə yaralanıb

Komandalar arasındakı matç yerli derbi hesab olunduğu üçün stadion azarkeşlərlə dolu olub. Final fitindən sonra “Arema” azarkeşlərinin davranışı iğtişaşlara çevrilib və təhlükəsizlik xidməti futbolçuları meydandan kənarlaşdırıb. Daha sonra azarkeşlər qazona çıxıb və onlarla polis arasında atışma olub.