Ən son xəbərlər:

06.12.2022/13:15/ Azərbaycan və Türkiyə hərbçiləri “Qardaş yumruğu” təlimlərində gecə tapşırıqlarını icra ediblər (VİDEO)

Azərbaycan və Türkiyə hərbçiləri «Qardaş yumruğ»u birgə təlimləri zamanı gecə saatlarında və məhdud görünmə şəraitində müxtəlif vəzifələri yerinə yetiriblər. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Xüsusilə, şərti düşmənlə birbaşa əlaqədə olmaqla, onun texnikasını və canlı qüvvəsini məhv etmək vəzifələri həyata keçirilmişdir.

Müdafiə Nazirliyi əlavə edib ki, qoşunların qarşılıqlı əlaqəsi, idarəetməni təkmilləşdirmək, təcrübə mübadiləsi və şəxsi heyətin peşəkarlığını artırmaq üçün aparılan təlimlərdə Azərbaycan və Türkiyə hərbçiləri yüksək peşəkarlıq nümayiş etdirirlər.