Ən son xəbərlər:

01.12.2022/12:32/ Laçının işğaldan azad edilməsi – iki il (VIDEO)

Dekabrın 1-də Azərbaycan Müdafiə Nazirliyi Laçın rayonunda dalğalanan Azərbaycan bayrağını əks etdirən video yayıb.

Xatırladaq ki, Laçın 1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. İşğalçılar rayonun yüzlərlə mədəni-məişət obyektini, onlarla qəsəbəni, kəndləri, tarixi abidələri dağıdıb talan ediblər.

Ermənistanın işğalı nəticəsində 63 min 341 Azərbaycan vətəndaşı doğma yurd-yuvasından didərgin salınıb, 300-dən çox hərbçi və mülki şəxs həlak olub və itkin düşüb. Laçın rayonunun işğal olunmuş ərazilərində 8950 bina, o cümlədən yeddi sənaye və tikinti müəssisəsi, 471 xidmət məntəqəsi, 154 məktəb, yüzlərlə tarix və mədəniyyət abidəsi başa çatıb.