Ən son xəbərlər:

10.04.2024/16:33 / ABŞ-ın Çindən Rusiyaya birbaşa hərbi yardım göstərdiyinə dair heç bir sübut yoxdur

ABŞ-ın Çindən Rusiyaya birbaşa hərbi yardım göstərdiyinə dair heç bir sübut yoxdur

ABŞ Çinin Ukraynaya qarşı müharibə aparan Rusiyaya birbaşa hərbi dəstək verdiyinə dair heç bir sübut görmür. Bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan brifinqdə deyib.

Eyni zamanda, Sullivan ABŞ-ın  Pekinin Rusiyanın  hərbi-sənaye bazasının gücləndirilməsinə yönəlmiş səylərindən narahatlığını ifadə edərək, Antoni Blinkenin bu barədə ötən həftə Avropada danışdığını xatırladıb.

Bu arada ABŞ-ın Maliyyə Naziri Janet Yellen Çinə dörd günlük səfəri zamanı Ukrayna ilə bağlı  çətin söhbətlər  etdiyini və Rusiyanın hərbi sənaye kompleksi ilə əməkdaşlıq edən Çin şirkətləri üçün nəticələr barədə xəbərdarlıq edib.