Ən son xəbərlər:

10.04.2024/16:24 / İrəvan Bakı ilə əsas məsələlərdə kompromis əldə etməsə sülh sənədi imzalanmaya bilər

İrəvan Bakı ilə əsas məsələlərdə kompromis əldə etməsə sülh sənədi imzalanmaya bilər

Ermənistan tərəflər əsas məsələlərdə kompromis əldə etməsələr, Azərbaycanla hər hansı sülh sazişindən imtina edə biləcəyini istisna etmir. Bunu parlamentin iclasında spiker Alen Simonyan deyib.

Ermənistan hakimiyyəti bəyan edir ki, İrəvan və Bakı arasında sülh sazişinin iki əsas bəndi həll olunmamış qalır. Ermənistan gözləyir ki, Azərbaycan 1991-ci il Alma-Ata Bəyannaməsini tanıyacaq, ona əsasən sovet dövründə mövcud olan inzibati-ərazi sərhədləri müstəqil respublikaların dövlət sərhədlərinə çevriləcək və bunun əsasında delimitasiya prosesinə başlamağa razı olacaq.