Ən son xəbərlər:

10.04.2024/16:14 / Moldova payızda Aİ-yə üzvlüklə bağlı referendum keçirmək niyyətindədir

Moldova payızda Aİ-yə üzvlüklə bağlı referendum keçirmək niyyətindədir

Moldovada hakim Fəaliyyət və Həmrəylik Partiyası oktyabrın 20-də Aİ-yə üzvlüklə bağlı referendumun keçirilməsini təklif edib. Parlamentin müvafiq qərar layihəsi Konstitusiya Məhkəməsinin saytında dərc olunub və orada deputatlar bu qərarın qanuniliyini yoxlamağı xahiş ediblər.

Sənəddə bildirilib ki, Konstitusiya referendumu oktyabrın 20-nə təyin edilib.