Ən son xəbərlər:

10.04.2024/15:55/Paşinyan Rusiya ilə münasibətlərdə heç bir səhvə yol vermədiyini iddia edir

Paşinyan Rusiya ilə münasibətlərdə heç bir səhvə yol vermədiyini iddia edir

Ermənistanla Rusiya arasında münasibətlər çətin dövrlərdən keçir, lakin İrəvan Moskva ilə münasibətlərdə heç bir səhvə yol verməyib. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə deyib.

Ermənistan və Rusiya arasında dövlətlərarası münasibətlər çətin dövrlərdən keçir, lakin onların dövlətçiliyimiz, suverenliyimiz, təhlükəsizliyimiz və iqtisadiyyatımız üçün əhəmiyyətini qiymətləndirmək olmaz. Həqiqətən də Rusiya ilə münasibətlərimizdə bir dənə də olsun yanlış addım atmamışıq. Elə bir yer yoxdur ki, həmkarlarımız bizi öhdəliyimizi yerinə yetirməməkdə ittiham etsin.