Ən son xəbərlər:

09.04.2024/16: 33/ Şimal dənizinin infrastrukturunu qorumaq üçün 6 ölkə əməkdaşlıq edəcək

Şimal dənizinin infrastrukturunu qorumaq üçün 6 ölkə əməkdaşlıq edəcək

Belçika, Böyük Britaniya, Danimarka, Hollandiya, Almaniya və Norveç Şimal dənizində infrastrukturun qorunması üçün əməkdaşlıq və məlumat mübadiləsi haqqında birgə bəyannamə imzalayıb.

Şimal dənizinin ətrafındakı bu  altı Avropa dövləti onun sularında yerləşən kritik infrastrukturu potensial hücumlardan qorumaq üçün əməkdaşlıq etmək barədə razılığa gəlib. Bu barədə “Reuters” xəbər yayıb.

Şimal dənizi enerji infrastrukturu üçün mühüm mərkəzdir, Aİ-nin bərpa olunan enerji və istixana qazı emissiyalarının azaldılması ilə bağlı məqsədlərinə təkan verir və qitənin enerji təhlükəsizliyini yaxşılaşdırmağa kömək edir… Şimali Avropadakı qonşularla əlaqələrin gücləndirilməsi məhz buna nail olmağa kömək edəcək.