Ən son xəbərlər:

09.04.2024/16: 25/ Çin və Rusiya beynəlxalq münasibətlərin demokratikləşməsini təşviq edəcək

Çin və Rusiya beynəlxalq münasibətlərin demokratikləşməsini təşviq edəcək

ÇXR və Rusiyanın hakimiyyət orqanları məcburi təzyiq siyasətinə və qlobal təchizat zəncirlərini sarsıtmaq cəhdlərinə qarşı birgə çalışacaqlar. Bunu Çinin xarici işlər naziri Van Yi deyib.

Van Yi  Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Pekində ikitərəfli danışıqlardan sonra keçirilən birgə mətbuat konfransında belə deyib: Biz ayırıcı xətlər yaratmaq, mövcud əlaqələri pozmaq, fasiləsiz istehsal və təchizat zəncirlərini təmin etmək cəhdlərinə qarşı çıxacağıq. Biz hegemonluq və güc siyasətinə, inhisarlaşmaya qarşı çıxacağıq, beynəlxalq münasibətlərin demokratikləşməsini təşviq edəcəyik.