Ən son xəbərlər:

09.04.2024/16: 05//Aİ müdafiə üçün yalnız özünə güvənməlidir

Aİ müdafiə üçün yalnız özünə güvənməlidir

Amerikanın Avropa üzərindəki  müdafiə çətiri  tezliklə bağlana bilər, ona görə də Aİ hətta NATO daxilində də yalnız özünə güvənməlidir, Aİ diplomatik xidmətinin rəhbəri Josep Borrell Brüsseldə keçirilən konfransda çıxışı zamanı belə deyib.

Soyuq Müharibə zamanı Avropanı qoruyan Amerika müdafiə çətiri Ağ Evdə kimin ola biləcəyindən asılı olaraq tezliklə bağlana bilər. Ona görə də Aİ müdafiə üçün yalnız özünə güvənməlidir. Borrell bildirib ki,  NATO mühüm olaraq qalır, lakin NATO daxilində Avropa komponenti olmalıdır.