Ən son xəbərlər:

09.04.2024/15: 46//Avtomobillərə tələbin azalması Aİ limanlarını avtomobil dayanacaqlarına çevirib

Avtomobillərə tələbin azalması Aİ limanlarını avtomobil dayanacaqlarına çevirib

Avropa İttifaqı ölkələrinin iri limanları idxalın, o cümlədən Çin elektromobillərinin artması və ümumilikdə avtomobillərə tələbatın azalması səbəbindən nəhəng dayanacaqlara çevrilib. Bu barədə Financial Times məlumat yayıb.

Avropanın ən işlək avtomobil idxalçısı olan Antverpen-Brüj limanı nəşrə bildirib ki,  Avtomobil distribyutorları liman parklarından getdikcə daha çox anbar kimi istifadə edirlər: avtomobilləri dilerlərdə saxlamaq əvəzinə, onları terminallara yığırlar. Yük maşını sürücülərinin çatışmazlığı da daxil olmaqla logistik problemlər var.

Mütəxəssislər bildiriblər ki, avtomobillər son istehlakçılara satılana qədər 18 aya qədər boş qala bilər ki, bu da  əsl xaosa  gətirib çıxarır. Almaniya hökuməti keçən ilin dekabrında elektrikli avtomobillərin alınmasına subsidiya verməyi dayandırdıqdan sonra avtomobillərin dayanma müddəti əhəmiyyətli dərəcədə artıb.

Nəşrin qeyd etdiyi kimi, Avropa avtomobil bazarı 2023-cü ildə Çindən nəqliyyat vasitələrinin tədarükünün illik 58% artması ilə əhəmiyyətli bir dönüş yarandı. 2024-cü ilin ilk iki ayında Çin elektrik və hibrid avtomobilləri üçün əsas ixrac istiqamətləri Belçika, Böyük Britaniya, Almaniya və Hollandiya olub.