image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-fb_img_1769181836750

Yevlax rayonunda ümumtəhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirilmişdir – FOTO

image-legitimaz-810x90

23 yanvar 2026-cı il tarixində Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdir müavini Cavad Cavadovun, Tədrisin Keyfiyyəti sektorunun müdiri Anar Şəfiyevin , Regional Təhsil İdarəsinin və Yevlax rayonu üzrə təhsil sektorunun müvafiq əməkdaşlarının iştirakı ilə Yevlax rayonunda fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin direktorları və təlim-tərbiyə işləri üzrə direktor müavinləri ilə görüş keçirilmişdir.

Xeberaz.info xəbər verir ki, görüş zamanı ümumi təhsil müəssisələrində ötən dövür ərzində təlim nəticələrinin təhlili, əldə edilmiş göstəricilər, mövcud problemlər və onların aradan qaldırılması yolları, habelə qarşıda duran strateji məqsədlər müzakirə olunmuşdur. Eyni zamanda şagirdlərin fənn olimpiadaları və digər intellektual müsabiqələrdə iştirak səviyyəsi, nəticələrin yüksəldilməsi istiqamətində görülən və planlaşdırılan tədbirlər barədə ətraflı məlumat təqdim edilmişdir.

Müzakirə olunan məsələlərə dair hazırlanmış analitik materiallar nümayiş etdirilmiş, iştirakçılar arasında fikir mübadiləsi aparılmışdır. Görüşün sonunda təlim keyfiyyətinin yüksəldilməsi, şagird nailiyyətlərinin artırılması və idarəetmədə nəticəyönümlü fəaliyyətin təmin edilməsi məqsədilə həyata keçiriləcək tədbirlər müəyyən edilmişdir. Bu kimi işgüzar görüşlərin mütəmadi əsasda davam etdirilməsi və hesabatlılıq mexanizmlərinin gücləndirilməsi barədə müvafiq qərarlar qəbul edilmişdir.

image-fb_img_1769181836750 image-fb_img_1769181839731 image-fb_img_1769181842220 image-fb_img_1769181844632 image-fb_img_1769181846934 image-fb_img_1769181849486


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki