image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-626754631_1451306829682424_1985981569151111748_n

Şeyx Zayedin adını daşıyan bu mükafata layiq görülmək böyük şərəfdir

image-legitimaz-810x90

Şeyx Zayedin adını daşıyan bu mükafata layiq görülmək böyük şərəfdir.

Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri xalqlarımız arasında mövcud olan dostluğu gücləndirməklə bütün sahələrdə əlaqələri inkişaf etdirib. Birləşmiş Ərəb Əmirlikləri, həmçinin iqtisadiyyatın bir çox sahələrində Azərbaycan ilə əməkdaşlığı genişləndirməyə çalışır. Azərbaycanın ötən illərdəki sürətli iqtisadi və siyasi inkişafı, dinamikliyi BƏƏ tərəfindən heyranlıqla qarşılanır. Müasir beynəlxalq siyasi sistemdə Azərbaycanın artan nüfuzunun, eləcə də dövlət başçısının qlobal miqyasda etibarlı və məsuliyyətli lider kimi qəbul olunmasının mühüm göstəricisidir. Bu qərar beynəlxalq ictimaiyyətin Azərbaycan Prezidentinin regional və qlobal sülhə verdiyi töhfələri sistemli şəkildə dəyərləndirməsinin nəticəsi kimi çıxış edir və təsadüfi xarakter daşımır. “Zayed İnsan Qardaşlığı Mükafatı” Birləşmiş Ərəb Əmirliklərinin banisi Şeyx Zayedin adını daşıyan və insan qardaşlığı, dinlərarası dialoq, sülh və tolerantlıq ideyalarını təşviq edən ən nüfuzlu beynəlxalq mükafatlardan biri hesab olunur. Prezident İlham Əliyevin bu mükafata layiq görülməsi ilk növbədə onun uzun illər davam etmiş və regional təhlükəsizliyə ciddi təhdid yaradan münaqişənin həllinə yönəlmiş prinsipial və ardıcıl siyasətinə verilən yüksək qiymətdir. Bu mükafat həm də Azərbaycan Prezidentinin liderlik modelinin beynəlxalq səviyyədə qəbul olunmasının göstəricisidir.  Mükafatın Prezident İlham Əliyevə təqdim olunması yalnız Azərbaycan Ermənistan sülh prosesinin nəticələri ilə izah edilə bilməz. Bu təltif onun daha geniş miqyasda qlobal sabitliyə və insan qardaşlığı ideyasına verdiyi töhfələrin beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilməsinin ifadəsidir. Azərbaycan liderinin təşəbbüsləri regionda qarşıdurma məntiqini əməkdaşlıq və inteqrasiya imkanları ilə əvəz etməyə yönəlmiş yeni siyasi düşüncə formalaşdırmışdır.Prezident İlham Əliyev üçün ən böyük və əvəzolunmaz mükafat Azərbaycan xalqının ona göstərdiyi etimad və dəstəkdir. O, xalqın gözündə Xilaskar, Qalib Sərkərdə və Müzəffər Ali Baş Komandan kimi qəbul olunur. Dövlətimizin qarşısında duran ən taleyüklü məsələlərin uğurla həll edilməsi, suverenliyin tam təmin olunması və Azərbaycanın regionda aparıcı mövqeyə yüksəlməsi bu liderliyin real nəticələridir. Bu hadisə Azərbaycanın müasir dövlətçilik tarixinin, sülhə əsaslanan strateji xəttinin və beynəlxalq sistemdə qazandığı etibarlı mövqenin simvoludur. Bu təltif region üçün sabitlik, dünya üçün isə dialoq və qarşılıqlı hörmətə əsaslanan yeni siyasi modelin mümkünlüyünü nümayiş etdirən mühüm beynəlxalq mesajdır.

 

Zərdab rayon Nizami Gəncəvi adına Şəftəhal kənd tam orta ümumtəhsil məktəbin

 müəllimi  Kərimli Elmir Asif oğlu.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki