image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-615238426_1433033811509726_4627405142087868869_n

Şeyx Məhəmməd atasının inkişaf, tərəqqi və davamlı müasirləşmə siyasətini davam etdirir

image-legitimaz-810x90

Şeyx Məhəmməd atasının inkişaf, tərəqqi və davamlı müasirləşmə siyasətini davam etdirir

Fevralın 4-də Prezident cənab İlham Əliyevin Əbu-Dabidə keçirilən “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimində çıxışı Azərbaycanın beynəlxalq sülh gündəliyində mövqeyinin və artan qlobal nüfuzunun növbəti təsdiqi oldu. Bu mükafata layiq görülmək təkcə dövlətimizin başçısına göstərilən ehtiram deyil, eyni zamanda, Azərbaycanın sülh, dialoq və humanizm prinsiplərinə əsaslanan siyasətinə verilən yüksək beynəlxalq qiymətdir. Cənab Prezident çıxışında mükafatın adını daşıdığı Birləşmiş Ərəb Əmirliklərinin banisi, mərhum Şeyx Zayed bin Sultan Al Nəhyanın tarixi xidmətlərini xüsusi vurğulayaraq onun uzaqgörən liderliyinin BƏƏ-ni dünyanın ən inkişaf etmiş və firavan dövlətlərindən birinə çevirdiyini qeyd etdi.

Bu yanaşma Azərbaycanın regionlararası əməkdaşlıqda liderlərin tarixi roluna verdiyi önəmin göstəricisidir: Cənab Prezident çıxışında Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın atasının siyasi kursunu uğurla davam etdirdiyini, BƏƏ-nin milli köklərə sadiq qalmaqla müasir və ahəngdar cəmiyyət modeli yaratdığını vurğulayıb. Bu modelin sülh və inkişaf axtarışında olan ölkələr üçün nümunə xarakteri daşıdığı xüsusi qeyd olunub. Çıxışın əsas siyasi məğzini Azərbaycan ilə Ermənistan arasında əldə olunmuş tarixi sülh məsələsi təşkil edib. Prezident cənab İlham Əliyev dinlərarası dialoqun və sivilizasiyalararası yaxınlaşmanın təşviqində göstərilən səylərə görə Əl-Əzhərin böyük imamı Əhməd Əl-Tayyibə və Roma Papası Leoya təşəkkür edərək, bu dəstəyin regional sülh üçün mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Cənab Prezident bildirib ki, Azərbaycan üç onillikdən artıq davam edən münaqişədən sonra altı aydır sülh şəraitində yaşayır və bu, müstəqillik tarixində yeni mərhələdir. Xüsusi vurğulanan məqamlardan biri də ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Vaşinqtonda keçirilmiş tarixi Zirvə Görüşü olub. Prezident həmin görüşdən sonrakı altı ayı tərəfdaşlıq, əməkdaşlıq və dayanıqlı sülhə doğru real irəliləyiş dövrü kimi xarakterizə edib. 2025-ci il avqustun 8-də baş tutmuş üçtərəfli Zirvə Görüşü nəticəsində sülh sazişinin paraflanması və Birgə Bəyannamənin imzalanması ilə 30 illik münaqişəyə son qoyulduğunu xüsusi qeyd edib. Postmünaqişə dövründə atılan praktiki addımlar isə sülhün real məzmun kəsb etdiyini göstərir. Azərbaycan tərəfindən Ermənistanla yük daşımalarına qoyulan məhdudiyyətlərin aradan qaldırılması, neft məhsullarının ixracına başlanması və ticarət əlaqələrinin genişləndirilməsi regionda etimadın bərpasına yönəlmiş strateji qərarlardır”. “Zayed İnsan Qardaşlığı Mükafatı”nın Prezident cənab İlham Əliyevə təqdim edilməsi Azərbaycanın təkcə regional deyil, qlobal sülh və humanitar dəyərlər sistemində aparıcı aktor kimi mövqeyini möhkəmləndirir. Bu çıxış bir daha sübut etdi ki, Azərbaycan XXI əsrin beynəlxalq münasibətlər sistemində sülh yaradan, dialoq təşviq edən və əməkdaşlığa açıq dövlət modelini uğurla həyata keçirir”.

Ziya Nağıyev –Zərdab rayon Dəli Quşçu kənd sakini


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki