image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-images-3

Milli dövlətçilik ənənələrinin inkişafına xidmət etmiş Ümummilli Lider Heydər Əliyevin önəmli təşəbbüsü

image-legitimaz-810x90

Milli dövlətçilik ənənələrinin inkişafına xidmət etmiş Ümummilli Lider Heydər Əliyevin önəmli təşəbbüsü

Azərbaycanın müasir müstəqillik tarixində Naxçıvanın xüsusi yeri vardır. XX əsrin sonlarında ölkəmizin üzləşdiyi mürəkkəb siyasi və hərbi şəraitdə Naxçıvanda qəbul edilmiş qərarlar milli dövlətçilik ənənələrinin bərpasına və müstəqillik ideyasının möhkəmlənməsinə mühüm töhfə vermişdir. Bu tarixi prosesdə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında qəbul edilmiş qərarlar xüsusi əhəmiyyət daşıyır. Həmin sessiyada Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi təsdiq edildi.

Bununla kifayətlənməyən Ali Məclis Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırdı. Bu təşəbbüs ölkənin gələcək siyasi taleyi baxımından mühüm addım idi.

1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Sovetində həmin vəsatətə baxıldı və “Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında” Qanun qəbul edildi. Beləliklə, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qəbul edilmiş üçrəngli bayraq yenidən Azərbaycanın Dövlət Bayrağı elan olundu. Bu qərarın əhəmiyyəti ondan ibarət idi ki, Azərbaycan xalqı öz dövlətçilik tarixinin mühüm bir mərhələsinə sahib çıxır, sovet ideologiyasının uzun illər arxa plana keçirdiyi milli dövlətçilik rəmzini yenidən bərpa edirdi.

Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvanda başlanmış bu siyasi proses Azərbaycanın müstəqilliyinin bərpasına gedən yolda mühüm mərhələ təşkil etdi. Ulu Öndər milli maraqları hər şeydən üstün tutaraq dövlətçilik ənənələrinin qorunması və inkişafı istiqamətində qətiyyətli mövqe nümayiş etdirdi.

1991-ci il oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyinin bərpası ilə üçrəngli bayrağımız müstəqil dövlətimizin əsas atributlarından biri kimi öz layiqli yerini tutdu. Bu gün həmin tarixi qərarlar yalnız keçmişin hadisələri kimi deyil, müstəqilliyimizin siyasi və mənəvi əsaslarını formalaşdıran mühüm dövlətçilik nümunəsi kimi qiymətləndirilir. Naxçıvandan başlanan təşəbbüs Azərbaycanın milli istiqlal tarixində əbədi iz qoymuşdur.

 

Yaşar Nuriyev – Zərdab rayonu Alıcanlı kənd sakini


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki