Energetika, mədənçilik, kənd təsərrüfatı və digər sahələrdə də əməkdaşlıq imkanları müzakirə edildi
Azərbaycan ilə Laos arasında imzalanmış sənədlər sırasında kənd təsərrüfatı sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu xüsusi yer tutur. 2026-cı il oktyabrın 13-də Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Laos Xalq Demokratik Respublikasının Kənd Təsərrüfatı və Ətraf Mühit Nazirliyi arasında imzalanmış bu sənəd aqrar sahədə əlaqələrin inkişafı üçün mühüm hüquqi və institusional zəmin yaradır. Memorandumun mübadiləsi Azərbaycanın Laosdakı səfiri Şövqi Mehdizadə və Laosun kənd təsərrüfatı və ətraf mühit naziri Linkham Duanqsavan tərəfindən həyata keçirilib. Kənd təsərrüfatı hər iki ölkə üçün əməkdaşlıq imkanlarının araşdırıla biləcəyi mühüm sahələrdəndir. Aqrar istehsal, ərzaq təminatı, kənd təsərrüfatı məhsullarının emalı və aqrar texnologiyaların tətbiqi kimi istiqamətlərdə təcrübə mübadiləsi qarşılıqlı faydalı nəticələr verə bilər. Bu sahədə dövlət qurumları, elmi-tədqiqat müəssisələri və özəl sektor nümayəndələri arasında əlaqələrin genişləndirilməsi əməkdaşlığın praktik məzmununu artıra bilər. Azərbaycan aqrar sektorun modernləşdirilməsi, kənd təsərrüfatında müasir texnologiyaların tətbiqi, məhsuldarlığın yüksəldilməsi və ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirir. Ölkəmizdə aqrar sahənin inkişafına yönələn təşəbbüslər, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı üzrə mövcud imkanlar beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətlidir.
Laos ilə bu sahədə əməkdaşlığın inkişafı qarşılıqlı təcrübənin öyrənilməsinə, kənd təsərrüfatı məhsulları üzrə ticarət imkanlarının araşdırılmasına və aqrar sahədə yeni tərəfdaşlıqların qurulmasına şərait yarada bilər. Memorandumun əhəmiyyəti də məhz əlaqələrin konkret istiqamətlər üzrə inkişaf etdirilməsi üçün imkan yaratmasındadır. Energetika, mədənçilik və nəqliyyat-logistika sahələrində əməkdaşlıq perspektivləri İki ölkə arasında keçirilən yüksək səviyyəli görüşlərdə energetika, mədənçilik və digər iqtisadi sahələrdə əməkdaşlıq imkanlarının müzakirə olunması münasibətlərin çoxşaxəli inkişafına verilən önəmi göstərir. Azərbaycan enerji sektorunda formalaşdırdığı təcrübə, mövcud infrastrukturu və beynəlxalq enerji layihələrində iştirakı ilə seçilir. Ölkəmiz ənənəvi enerji resursları ilə yanaşı, bərpaolunan enerji sahəsində də yeni layihələrin həyata keçirilməsinə xüsusi diqqət yetirir. Bu təcrübənin müxtəlif ölkələrlə bölüşdürülməsi, qarşılıqlı maraq doğuran layihələrin araşdırılması və investisiya əlaqələrinin genişləndirilməsi beynəlxalq iqtisadi tərəfdaşlığın inkişafına xidmət edir. Mədənçilik sahəsində də qarşılıqlı maraqların müəyyənləşdirilməsi, resurslardan səmərəli istifadə, texnoloji təcrübə mübadiləsi və investisiya imkanlarının araşdırılması əməkdaşlıq gündəliyinin perspektiv istiqamətləri kimi nəzərdən keçirilə bilər. Nəqliyyat və logistika sahəsi isə Azərbaycan ilə Laos arasında iqtisadi əlaqələrin inkişafına dolayı və birbaşa təsir göstərə biləcək istiqamətlərdəndir. Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərində iştirakı, liman, dəmir yolu və avtomobil yolları infrastrukturunun inkişafı beynəlxalq yükdaşımaların genişləndirilməsi üçün mühüm əhəmiyyət daşıyır.
Əlihüseyn Rəsullu- Hüseynxanlı kənd sakini, fəal gənc