image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-17031634751449841019_1200x630

Bu gün Şuşada aparılan işlər yalnız binaların və yolların yenidən qurulması ilə məhdudlaşmır

image-legitimaz-810x90

Bu gün Şuşada aparılan işlər yalnız binaların və yolların yenidən qurulması ilə məhdudlaşmır

Bütün bunlar göstərir ki, Şuşa artıq keçmişdəki ağır işğal dövrünü geridə qoyaraq yeni inkişaf mərhələsinə qədəm qoyub. Şəhərin küçələrində yenidən həyat canlanır, mədəni tədbirlər keçirilir, yaşayış binaları tikilir, tarixi abidələr bərpa olunur. Ən əsası isə uzun illər doğma yurdlarından ayrı düşmüş insanlar öz evlərinə qayıdırlar. Bu qayıdış xalqımızın illərlə gözlədiyi arzunun gerçəkləşməsidir.

44 günlük Vətən müharibəsində əldə etdiyimiz Qələbə bir daha göstərdi ki, xalq və dövlət bir məqsəd ətrafında birləşdikdə qarşıya qoyulan ən çətin vəzifələri belə yerinə yetirmək mümkündür. Müharibədə iştirak edən hər bir əsgər və zabitin, arxa cəbhədə əsgərlərimizə dəstək olan insanların, bütün Azərbaycan xalqının bu Qələbədə böyük payı var. Təbii ki, bu Zəfərin ən ağır yükünü öz üzərinə götürən şəhidlərimizin və qazilərimizin xidmətləri heç vaxt unudulmayacaq. Onların göstərdiyi qəhrəmanlıq gələcək nəsillər üçün əsl vətənpərvərlik nümunəsidir.

Bu gün Şuşaya baxarkən yalnız yenidən qurulan şəhəri deyil, həm də xalqımızın iradəsini, əzmini və öz torpaqlarına bağlılığını görürük. Bir vaxtlar işğal altında olan, həsrətinə dözmək məcburiyyətində qaldığımız bu şəhər indi Azərbaycanın azadlıq və qürur rəmzi kimi yüksəlir. Şuşada keçirilən hər bir tədbir, bərpa olunan hər bir abidə, tikilən hər bir yaşayış binası böyük Qələbəmizin davamıdır.

8 Noyabr – Zəfər Günü bizə bir daha xatırladır ki, Azərbaycan xalqı öz tarixinə, torpağına və milli dəyərlərinə sahib çıxmağı bacaran xalqdır. Şuşanın azad edilməsi isə bu iradənin ən parlaq nümunəsidir. Bu şəhər artıq yalnız keçmişin xatirəsi və həsrət ünvanı deyil, Azərbaycanın bu günü və gələcəyidir.

Şuşa bizimdir və əbədi olaraq bizim qalacaq. Onun hər daşı, hər küçəsi, hər tarixi abidəsi xalqımızın milli yaddaşının bir parçasıdır. Bu gün yenidən qurulan, inkişaf edən və öz əvvəlki şöhrətinə qovuşan Şuşa Azərbaycanın gücünü, birliyini və gələcəyə inamını bütün dünyaya nümayiş etdirir. Şuşanın azadlığı ilə yazılan bu şanlı tarix heç vaxt unudulmayacaq, Zəfər ruhu isə gələcək nəsillərin qəlbində daim yaşayacaqdır.

Bu gün Şuşada aparılan işlər yalnız binaların və yolların yenidən qurulması ilə məhdudlaşmır. Əsas məqsəd şəhərin əvvəlki mədəni həyatını bərpa etmək, burada daimi yaşayışı təmin etmək, turizmi inkişaf etdirmək və Şuşanı gələcək nəsillərə daha abad şəkildə çatdırmaqdır. Şəhərin tarixi görkəminin qorunması, milli memarlıq nümunələrinin saxlanılması və müasir şəhərsalma prinsiplərinin tətbiqi bu işlərin əsas istiqamətlərindəndir.

 

Fazil Kərimov – Zərdab rayonu, İsaqbağı kənd sakini, təqaüddə olan müəllim

 

 

 

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki