image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-images

Bəziləri düşünürdü ki, Azərbaycan 2020-ci il noyabrın 10-da üçtərəfli Bəyanatla təsbit edilmiş status-kvonu dəyişməyə cürət etməyəcək və Şuşanın azad edilməsi ilə kifayətlənəcək

image-legitimaz-810x90

Bəziləri düşünürdü ki, Azərbaycan 2020-ci il noyabrın 10-da üçtərəfli Bəyanatla təsbit edilmiş status-kvonu dəyişməyə cürət etməyəcək və Şuşanın azad edilməsi ilə kifayətlənəcək

2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatdan sonra regionda yaranmış yeni reallıqların uzun müddət dəyişməz qalacağını düşünənlər az deyildi. Bəzi dairələr Azərbaycanın hərbi əməliyyatların dayandırılması ilə kifayətlənəcəyini, Qarabağda mövcud olan qanunsuz silahlı birləşmələrin və separatçı rejimin fəaliyyətinə son qoyulması istiqamətində əlavə addımlar atmayacağını ehtimal edirdi. Lakin Azərbaycanın dövlət siyasətinin əsasını təşkil edən ərazi bütövlüyü və suverenliyin tam bərpası prinsipləri, Cənab Prezident İlham Əliyevin qətiyyətli mövqeyi və ölkənin artan hərbi-siyasi potensialı bu cür yanaşmaların əsassız olduğunu göstərdi. Vətən müharibəsində qazanılmış tarixi Zəfər Azərbaycanın qarşısında yeni strateji vəzifələr müəyyənləşdirmişdi. Əsas hədəf yalnız işğal olunmuş ərazilərin azad edilməsi deyil, ölkənin bütün ərazisində konstitusiya quruluşunun və suveren hüquqlarının təmin olunması idi. Müharibədən sonrakı dövrdə Azərbaycan rəhbərliyi bu istiqamətdə prinsipial mövqeyini qoruyaraq beynəlxalq hüquqa əsaslanan tələblərini ardıcıl şəkildə irəli sürmüş, Qarabağda mövcud olan qanunsuz hərbi birləşmələrin ləğv edilməsinin və silahlı qüvvələrin ərazidən çıxarılmasının vacibliyini dəfələrlə bəyan etmişdir.

2023-cü il sentyabrın 19-da Azərbaycan Respublikasının Silahlı Qüvvələri Qarabağ bölgəsində konstitusiya quruluşunun bərpası və qanunsuz silahlı birləşmələrin tərksilah edilməsi məqsədilə lokal xarakterli antiterror tədbirlərinə başlamışdır. Cəmi 23 saat davam edən əməliyyat sentyabrın 20-də uğurla başa çatmışdır. Azərbaycan Ordusunun qarşıya qoyulmuş vəzifələri yüksək peşəkarlıqla yerinə yetirməsi, hərbi əməliyyatların qısa müddətdə nəticələnməsi ölkəmizin müdafiə qabiliyyətini, əməliyyat imkanlarını və suveren hüquqlarının təmin olunması istiqamətində siyasi iradəsini bir daha nümayiş etdirmişdir. Antiterror tədbirlərinin nəticəsində qanunsuz silahlı birləşmələr silahı yerə qoyaraq təslim olmuş, separatçı rejimin silahlı müqavimət imkanlarına son qoyulmuşdur. Əməliyyatın qısa müddətdə başa çatması Azərbaycan Ordusunun müasir döyüş hazırlığının, koordinasiyalı fəaliyyətinin və qarşıya qoyulan tapşırıqların icrasındakı çevikliyinin göstəricisi olmuşdur. Üç il əvvəl Vətən müharibəsində əldə edilmiş Zəfərin davamı kimi qiymətləndirilən bu hadisə ölkəmizin ərazi bütövlüyünün təmin olunması prosesində həlledici mərhələ təşkil etmişdir.

Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət, güclü ordu quruculuğu və milli təhlükəsizlik strategiyası Azərbaycanın bütün ərazisində dövlət suverenliyinin bərpasına imkan yaratmışdır. Bu proses dövlətimizin öz milli maraqlarını müdafiə etmək əzmini, beynəlxalq hüquqa əsaslanan prinsipial mövqeyini və ölkənin təhlükəsizliyinin təmin olunması istiqamətində qətiyyətini ortaya qoymuşdur. Antiterror tədbirləri ilə Qarabağda uzun illər davam edən separatizmə son qoyulmuş, Azərbaycan Respublikasının konstitusiya quruluşunun bütün ərazilərdə bərpası təmin edilmişdir. Belə bir tarixi nəticə Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu güclü dövlətçilik strategiyasının Cənab Prezident İlham Əliyev tərəfindən ardıcıl davam etdirilməsinin, müasir və qüdrətli Ordunun formalaşdırılmasının, milli birliyin və qətiyyətli siyasi iradənin məntiqi nəticəsi olmuşdur. 2020-ci ilin noyabrında əldə edilən Zəfərdən 2023-cü ilin sentyabrında suverenliyin tam bərpasına qədər keçilən yol Azərbaycan dövlətinin müəyyən etdiyi strateji məqsədlərə sadiqliyini və milli maraqların təmin olunmasında ardıcıllığını nümayiş etdirmişdir.

 

 

Aygün Mirzəyeva- Zərdab rayon Qoruqbağı kənd körpələr evi-uşaq bağçasının müdiri

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki