Azərbaycanın AQEM-ə iki il ərzində sədrliyi təşkilatın gücləndirilməsi baxımından əhəmiyyətli bir mərhələdir
Azərbaycanın AQEM-ə sədrliyi ölkəmizin beynəlxalq münasibətlərdə fəal iştirakının və müxtəlif dövlətlərlə qarşılıqlı faydalı əlaqələrin inkişafına verdiyi əhəmiyyətin bir nümunəsidir. Ölkəmiz Şərqlə Qərb arasında əlverişli coğrafi mövqeyindən istifadə edərək nəqliyyat, enerji, ticarət və humanitar əlaqələrin genişlənməsinə töhfə verir. Azərbaycanın xarici siyasətində dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət, qarşılıqlı faydalı əməkdaşlıq və beynəlxalq hüququn prinsipləri mühüm yer tutur. Bu yanaşma müxtəlif ölkələrlə münasibətlərin inkişafı və regional sabitliyin qorunması baxımından əhəmiyyətlidir.
AQEM çərçivəsində əməkdaşlığın təşviq edilməsi də bu məqsədlərlə uzlaşır. Müxtəlif ölkələrin bir masa arxasında toplaşması, fikir mübadiləsi aparması və ortaq məsələlər üzrə razılıq axtarması beynəlxalq münasibətlərdə etimadın möhkəmlənməsinə xidmət edir. Azərbaycan üçün belə platformalarda iştirak yalnız siyasi əlaqələrin genişləndirilməsi demək deyil. Bu, həm də ölkəmizin iqtisadi imkanlarının tanıdılması, yeni tərəfdaşlıqların qurulması və Azərbaycan xalqının mədəniyyətinin daha geniş coğrafiyada təbliği üçün əlavə fürsətlər yaradır.
Azərbaycanın AQEM-ə iki il ərzində sədrliyi təşkilatın gücləndirilməsi və üzv dövlətlər arasında əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətli bir mərhələdir. Nəqliyyat və bağlantılar, rəqəmsallaşma, ətraf mühitin mühafizəsi, turizm, təhsil və elm sahələrinə diqqət yetirilməsi müasir dünyanın əsas inkişaf istiqamətlərini əhatə edir. Bu sahələrdə əməkdaşlığın genişlənməsi dövlətlər arasında əlaqələrin möhkəmlənməsinə, iqtisadi imkanların artmasına və insanların həyat şəraitinin yaxşılaşdırılmasına töhfə verə bilər. Eyni zamanda, qarşılıqlı etimadın gücləndirilməsi və dialoqun davam etdirilməsi regional sabitliyin qorunması üçün vacibdir.
Əsas məsələ əldə olunan əməkdaşlıq imkanlarının konkret nəticələrə çevrilməsidir. Ölkələr arasında yeni layihələrin həyata keçirilməsi, təcrübə mübadiləsinin genişləndirilməsi və ortaq problemlərin həlli istiqamətində birgə fəaliyyət AQEM-in əhəmiyyətini daha da artıra bilər.Azərbaycanın sədrliyi dövründə bu istiqamətlərə üstünlük verilməsi ölkəmizin beynəlxalq əməkdaşlığın inkişafına verdiyi töhfəni nümayiş etdirir. Bu cür təşəbbüslər göstərir ki, dövlətlər arasında etimad, qarşılıqlı hörmət və birgə fəaliyyət olduqda daha təhlükəsiz, sabit və inkişaf etmiş gələcək qurmaq mümkündür. AQEM-in imkanlarından səmərəli istifadə edilməsi Asiya ölkələri arasında əlaqələrin möhkəmlənməsinə, iqtisadi və humanitar əməkdaşlığın genişlənməsinə şərait yarada bilər. Azərbaycanın sədrliyi zamanı nəqliyyat, rəqəmsallaşma, ekologiya, turizm, təhsil və elm kimi müxtəlif sahələrə diqqət yetirilməsi də əməkdaşlığın geniş imkanlara malik olduğunu göstərir.
Kəmalə Əliyeva – Zərdab rayonu, Qaravəlli kənd tam ümumtəhsil məktəbinin direktoru

























