Avropanın təbii qaz ehtiyacını qarşılamağa hazırıq
Azərbaycan Respublikası nəhəng enerji infrastrukturu yaradıb ki, bu, Avrasiyanın enerji xəritəsini dəyişdirib. Bu gün Azərbaycan istehsalçı olaraq həm tranzit ölkələr, həm də istehlakçılar üçün daha təhlükəsiz şərait yaradıb. Enerji təhlükəsizliyi məsələsi əlbəttə ki, milli təhlükəsizliyə bərabər bir məsələdir.Bu faktor hətta milli təhlükəsizlik gündəliyində belə ən başlıca yeri tutur. Beləliklə Azərbaycan öz resurslarını kifayət qədər inkişaf etdirir. Bu gün Azərbaycan özünü nəinki karbohidrogen ehtiyatları ilə təmin edir, eyni zamanda uzun illərdir ki, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında müstəsna rol oynamaqdadır. Azərbaycan təkcə milli və regional səviyyədə deyil, həm də dünya enerji sistemində həlledici mövqe, transmilli enerji bazarlarında özünəməxsus yer tutur. Ötən müddət ərzində Avropada istifadəyə verilmiş interkonnektor şəbəkəsinin təməlində də, ilk növbədə, Cənub Qaz Dəhlizi layihəsinin durması Azərbaycanın təşəbbüskarı olduğu layihələrin Avropa İttifaqı ölkələri arasında əməkdaşlığın inkişafında mühüm rol oynadığını təsdiq edir.
Azərbaycan və Avropa Komissiyası energetika sahəsində strateji tərəfdaşlıqla bağlı memorandum Avropa Komissiyasının Prezidenti və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2022-ci ilin ortasında imzalandı. Avropaya qaz təchizatımız 2021-ci ildə təxminən 8 milyard kubmetr idi. İndi isə 13 milyard kubmetrdir və bu daha da artacaq. Əlavə həcmlər üçün isə Avropa institutları ilə bağlı yenidən praqmatik yanaşma olmalıdır.
Bu gün həmin həcm artıq kifayət qədər çoxdur. Yeni yataqları əlavə etmək və mövcud qaz yataqlarında hasilatı artırmaq planlarımızı nəzərə alaraq, birmənalı olaraq istehlakçılarımıza daha çox qaz verəcəyik. Bir sözlə, təsəvvür edə bilərik ki, əgər bizə daha çox təbii qaza qənaət etmək imkanı verən yaşıl enerji gündəliyini əlavə etsək, Azərbaycan enerji təhlükəsizliyi baxımından tərəfdaşları üçün daha mühüm rol oynayacaq. Yaşıl enerjiyə gəldikdə, Avropa bankları artıq faydalı qazıntı enerji növlərinə maliyyələşmə ayırmır. Avropa Yenidənqurma və İnkişaf Bankı maliyyələşməni demək olar ki, dayandırmışdır. Buna görə isə əlbəttə ki, Azərbaycan imkanlarını genişləndirmək üçün vəsait cəlb edə bilmir.
Onu da qeyd etmək lazımdır ki, Cənub Qaz Dəhlizi artıq uzun müddətdir ki, işləyir və bu, uğur hekayəsidir. Bu, Avrasiya məkanında mühüm infrastruktur layihələrindən biridir. Cənub Qaz Dəhlizinin eyni zamanda, enerji təhlükəsizliyi, əməkdaşlıq layihəsidir. Bu marşrut üzərində yerləşən ölkələr arasında işbirliyi olmadan bu layihəni həyata keçirmək mümkün olmazdı. Yeni enerji siyasətinin digər mühüm komponenti isə odur ki, Azərbaycan Avropanın mühüm elektrik enerjisi, əsasən, yaşıl enerji təchizatçısına çevrilməyi planlaşdırır. Azərbaycanın nəhəng bərpaolunan enerji potensialı ölkəmizin bu sahədə də həlledici rol oynamasına imkan verir.
Aygün Mirzəyeva- Zərdab rayon Qoruqbağı kənd körpələr evi-uşaq bağçasının müdiri