Ən son xəbərlər:

11.04.2023/ 19:08 / Serb Respublikası NATO ilə əməkdaşlığı dayandırmaq istəyir

Serb Respublikası NATO ilə əməkdaşlığı dayandırmaq istəyir.

xeberaz.info Rusiya KİV-lərinə istinadən bildirir ki, Serb Respublikası Şimali Atlantika Alyansı ilə istənilən növ qarşılıqlı əlaqəni dayandırmalıdır. Bu barədə çərşənbə axşamı mətbuat konfransı zamanı Serb Respublikasının prezidenti Milorad Dodik bildirib.

“Nazirlər Şurası tərəfindən yaradılan NATO ilə əməkdaşlıq komissiyasının bütün üzvlərindən işini dayandırmağı tələb edəcəm, çünki oradakı işlərinin mənası yoxdur”, – Dodik belə deyib.

Bundan əvvəl Dodik vurğulayıb ki, Qərb serb xalqına NATO-nun Yuqoslaviyaya təcavüzünü unutmağı və bombardmanların nəticələrini bərpa etmək üçün verilən kreditlərdən istifadə etməyi təklif edir.