Ən son xəbərlər:

11.04.2023/ 18:53 / 2023-cü ildə Rusiyanın ÜDM-nin artması proqnozlaşdırılır

2023-cü ildə Rusiyanın ÜDM-nin artması proqnozlaşdırılır.

xeberaz.info Rusiya KİV-lərinə istinadən bildirir ki, Beynəlxalq Valyuta Fondu Rusiyanın iqtisadi inkişafı ilə bağlı hesablamalarına düzəlişlər edib, 2023-cü il üçün proqnoz yaxşılaşdırılıb, 2024-cü il üçün isə daha da pisləşib. Bu barədə fondun qlobal iqtisadiyyatın inkişaf perspektivləri üzrə çərşənbə axşamı dərc etdiyi hesabatında deyilir.

BVF Rusiyanın ÜDM-nin 2023-cü ildə 0,7%, 2024-cü ildə isə 1,3% artacağını gözləyir. BVF və Dünya Bankının rəhbər orqanlarının yaz sessiyası çərçivəsində təqdim olunan hesabatdan məlum olduğu kimi, fond Rusiya Federasiyasında 2023-cü il üçün bu göstəricinin artımı ilə bağlı yanvar ayı proqnozunu 0,4 faiz bəndi yaxşılaşdırıb. 2024-cü ildə Rusiya ÜDM-in artımı ilə bağlı proqnoz 0,8 faiz pisləşib.

Hesabatda deyilir ki, 2022-ci ildə Rusiyada inflyasiya orta hesabla 13,8% təşkil edib. Bu il fondun proqnozlaşdırdığı kimi, 7%-ə, 2024-cü ildə isə 4,6%-ə düşəcək. BVF hesab edir ki, 2022-ci ildə Rusiyada işsizlik 3,9% təşkil edib. Təşkilatın hesablamalarına görə, 2023-cü ildə bu rəqəm 3,6%-ə qədər azalacaq, 2024-cü ildə isə 4,3%-ə yüksələcək.