Ən son xəbərlər:

11.04.2023/14:38/ Göygöl Mərkəzi Kitabxana Sisteminin işi günün tələbləri ilə səsləşir

Göygöl Mərkəzi Kitabxana Sisteminin işi günün tələbləri ilə səsləşir.

xeberaz.info Göygöl Rayon İcra Hakimiyyətinin məlumatına istinadən bildirir ki, 1926-cı ildən fəaliyyət göstərən Göygöl rayon Kitabxanası Mərkəzləşmədən sonra rayon icraiyyə komitəsinin qərarı ilə xalq şairi S.Vurğunun adını daşıyır.

Göygöl rayon MKS-nin verdiyi məlumata görə, ötən ilin sonunda MKS-in fondu 307753 nüsxə, kitab verilişi 359785 nüsxə, oxucusu 22353 nəfər, oxucuların kitabxanaya gəlişi 177449 nəfər olub. Mərkəz özündə hazırda 41 kütləvi kitabxananı birləşdirir. Buraya 39 qəsəbə və kənd kitabxana filialı, 1 şəhər, 1 S.Vurğun adına Mərkəzi kitabxana daxildir. Xidmət ərazisində əhalinin sayı 19856 nəfərdir və il ərzində 3500-dən çox oxucuya xidmət göstərilir.

Kitabxananın fondu mütəmadi olaraq yeni ədəbiyyatla təmin olunur. Kitabxanaçılar oxucu sorğusuna tam və dolğun cavab verirlər. Oxucu marağını nəzərə alan kitabxana notebooklarla və VV-Fİ sistemi ilə təmin olunub.

Burada mütəmadi olaraq müxtəlif mövzulu tədbirlər keçirilir. “Açıq kitabxana” və “səyyar” xidmətlər də kitabxananın xidmət növlərindəndir. Bu yaxınlarda kitabxanada “Heydər Əliyev İli” ilə əlaqədar olaraq “Heydər Əliyev və gənclər siyasəti”,”Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz” adlı tədbirlər keçirilib.