Ən son xəbərlər:

11.04.2023/ 10:57 / 35 yaşa qədər işləyən rusların sayı rekord dərəcədə azalıb

35 yaşa qədər işləyən rusların sayı rekord dərəcədə azalıb.

xeberaz.info Rusiya KİV-lərinə istinadən bildirir ki,  2022-ci ildə 35 yaşa qədər işləyən rusların sayı 1,33 milyon nəfər azalaraq 21,5 milyon nəfərə düşüb.

Bu barədə RBC FinExpertiza audit və konsaltinq şəbəkəsinin araşdırmasına istinadən yazır. Bildirilir ki, ötən il işləyən gənc qadınların sayı 8,5 faiz, kişilərin sayı 3,5 faiz azalıb.

Faiz ifadəsində bazar 25-29 yaş arası bütün işçilərin əksəriyyətini – 724 min nəfəri itirib.

Daha əvvəl aparılan sorğu göstərib ki, işəgötürənlərin 80%-i 2023-cü ildə işçilərin maaşlarını artırmağı planlaşdırır.