Ən son xəbərlər:

11.04.2023/09:59 / Yaponiya İkinci Dünya Müharibəsindən sonra ən çətin vəziyyətlə üzləşib

Yaponiya İkinci Dünya Müharibəsindən sonra ən çətin vəziyyətlə üzləşib.

xeberaz.info eadaily-ya istinadən bildirir ki, Yaponiya hakimiyyəti Çinin xarici siyasətini və hərbi fəaliyyətini beynəlxalq nizama qarşı ən böyük strateji çağırış elan edib. Bu barədə bu gün, aprelin 11-də TASS Yaponiya Xarici İşlər Nazirliyinin illik hesabatına istinadən məlumat yayıb.

“Çinin xarici siyasət mövqeyi və hərbi fəaliyyəti qanunun hərfinə əsaslanan beynəlxalq nizam üçün bu günə qədər ən böyük problemdir”,- sənəddə belə deyilir.

Hesabatda Tayvan boğazında sülh və sabitliyin qorunmasının vacibliyi vurğulanır. Eyni zamanda qeyd edilir ki, regionda mövcud vəziyyət Yaponiyanın İkinci Dünya Müharibəsinin bitməsindən sonra ən çətin vəziyyətlə üzləşdiyini göstərir.