Ən son xəbərlər:

11.04.2023/07:05 / Ağ Evin Pentaqonun məxfi materiallarının sızmasının aradan qaldırıldığından xəbəri yoxdur

Ağ  Evin Pentaqonun məxfi materiallarının sızmasının aradan qaldırıldığından xəbəri yoxdur.

xeberaz.info Rusiya KIV-lərinə istinadən bildirir ki, Birləşmiş Ştatlar Pentaqonun məxfi materiallarının sızmasının aradan qaldırıldığını və ya başqa sənədlərin dərc oluna biləcəyini hələ də bilmir. Bu barədə bazar ertəsi Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi brifinqdə bildirib.

“Biz bilmirik. Həqiqətən də bilmirik”, – Con Kirbi belə deyib.

Eyni zamanda, Kirbi ABŞ prezidenti Co Baydenin keçən həftə sızma ilə bağlı məlumatlandırıldığına da işarə edib.