Ən son xəbərlər:

11.04.2023/06:35 / Rusiyada miqrantlarla bağlı cinayət işlərinin sayı artıb

Rusiyada miqrantlarla bağlı cinayət işlərinin sayı artıb.

xeberaz.info Rusiya KIV-lərinə istinadən bildirir ki, Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin miqrantlarla bağlı cinayət işlərinin sayının artdığını açıqlayıb.

İndi xarici vətəndaşlar tərəfindən törədilən cinayətlərin sayında artım var. Ağır və xüsusilə ağır cinayətlərin statistikası xüsusi narahatlıq doğurur. Belə cinayətlərin sayı 2021-ci illə müqayisədə 5 dəfə çoxdur, – Bastrıkin “İnterfaks”a müsahibəsində belə bildirib.

Bastrıkin qeyd edib ki, ümumilikdə 2022-ci ildə xarici ölkə vətəndaşları tərəfindən törədilmiş cinayətlər barədə 4729 məlumat daxil olub və bu faktlarla bağlı 4231 cinayət işi başlanıb. Bu, 2021-ci ilə nisbətən təxminən üç dəfə çoxdur, – İstintaq Komitəsinin sədri belə bildirib.

O qeyd edib ki, qanunsuz miqrantlar arasında ekstremist əhval-ruhiyyə yayılır. Hüquq-mühafizə orqanlarının əməkdaşlarının tələblərinə müqavimət göstərmə, asayiş keşikçilərinə hücum halları da çoxalıb.

Komitəsinin sədrinin sözlərinə görə, cinsi toxunulmazlığa qarşı cinayətlər üzrə cinayət işlərinin sayı da xeyli artıb.