Ən son xəbərlər:

11.04.2023/06:21 / Fransa Rusiya və Ukrayna arasında vasitəçi ola bilməz

Fransa Rusiya və Ukrayna arasında vasitəçi ola bilməz.

xeberaz.info Rusiya KIV-lərinə istinadən bildirir ki, Rusiya prezidentinin sözçüsü Dmitri Peskov bazar ertəsi jurnalistlərlə söhbətində bildirib ki, Paris Moskva və Kiyev arasında vasitəçi rolunu iddia edə bilmir, çünki o, dolayısı ilə Ukrayna tərəfində münaqişədə iştirak edir.

Paris indi çətin ki, vasitəçi rolunu iddia edə bilər, çünki Paris faktiki olaraq münaqişə iştirakçılarından birinin tərəfini tutur. Bundan əlavə, Paris bu münaqişədə Ukraynanın tərəfində həm dolayı, həm də birbaşa iştirak edir, – Kreml sözçüsü belə bildirib.