Ən son xəbərlər:

06.04.2023/20:12/ Si Cinpinq Zelenski ilə danışmaq istəyir

Si Cinpinq Zelenski ilə danışmaq istəyir.

xeberaz.info lenta.ru-ya istinadən bildirir ki, Avropa Komissiyasının rəhbəri fon der Leyen Si Cinpinin Zelenski ilə danışmağa hazır olduğunu açıqlayıb. Çin lideri Si Cinpin Fransa prezidenti Emmanuel Makronla görüşdükdən sonra Ukrayna prezidenti Vladimir Zelenski ilə danışmaq istəyib. TASS xəbər verir ki, bunu Avropa Komissiyasının rəhbəri Ursula fon del Leyen deyib.

Si Cinpinq-in şərait və vaxt uyğun olanda prezident Zelenski ilə danışmağa hazır olduğunu vurğuladığını eşitmək maraqlı idi, – avropa rəsmisi belə deyib. O, əlavə edib ki, Çin liderini Ukrayna prezidenti ilə əlaqə saxlamağa çağırış edib.

Bundan əvvəl Si Cinpinq Makronla görüşü zamanı Ukrayna üzrə sülh danışıqlarının tezliklə bərpasına çağırıb. O vurğulayıb ki, Pekin və Paris beynəlxalq humanitar hüququn prinsiplərinə riayət etmək üçün dünya ictimaiyyətinə birgə müraciət etməyə hazırdır.