Ən son xəbərlər:

06.04.2023/19:44/ Göygöldə prospekt, küçə və yolların işaqlandırılması layihəsi uğurla davam edir

Göygöldə prospekt, küçə və yolların işaqlandırılması layihəsi uğurla davam edir.

xeberaz. info Göygöl Rayon İcra Hakimiyyətinin məlumatına istinadən bildirir ki, Göygöldə prospekt, küçə və digər avtomobil yollarının işıqlandırılması ilə bağlı görülən işlər Göygöl Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən vətəndaş məmnunluğunun təmin olunması istiqamətində atılan addımlardan biridir.

Vətəndaşların və avtomobillərin gecə saatlarında hərəkətinin təhlükəsizliyinin və rahatlığının təmin edilməsi məqsədi ilə şəhərin küçələrinə yeni quraşdırılmış lampalar müasir standartlara cavab verməklə yanaşı, həm də elektrik enerjisindən qənaətlə istifadəsinə səbəb olur.

Göygöl Rayon İcra Hakimiyyətinin Hakimiyyətinin və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə Gəncə-Daşkəsən magistral avtomobil yolunun üzərində yerləşən yol qovşağının da gecə işıqlandırılması təmin edilib.