Ən son xəbərlər:

06.04.2023 /09:59/ Latviya ümumi hərbi mükəlləfiyyət sisteminə qayıdır

Latviya ümumi hərbi mükəlləfiyyət sisteminə qayıdır.

xeberaz.info Rusiya KİV-lərinə istinadən bildirir ki, 2006-cı ildə məcburi hərbi çağırışı ləğv edən Latviya ümumi hərbi xidmətə qayıdır. Milli dövlət televiziya və radiostansiyasının Rus.lsm.lv portalının məlumatına görə, müvafiq qərar çərşənbə günü respublika parlamenti tərəfindən qəbul edilib.

Verilən məlumata görə, 18-27 yaş arası kişilər hərbi xidmətə çağırılacaq. Bu il iyulun 1-dən xidmətə başlayan ilk çağırış 500 nəfərdən ibarət könüllü xarakterli olacaq. Əgər kifayət qədər könüllü yoxdursa, fərq adi qaydada toplanacaq. İşə qəbul olunanların sayı mütəmadi olaraq artırılacaq. 2028-ci ildən illik çağırış 7,5 min nəfər olacaq.