Ən son xəbərlər:

06.04.2023 /09:51/ 2024-cü ilin fevral-mart aylarında Rusiyada Ümumdünya Gənclər Festivalı keçiriləcək

2024-cü ilin fevral-mart aylarında Rusiyada Ümumdünya Gənclər Festivalı keçiriləcək.

xeberaz.info Rusiya KİV-lərinə istinadən bildirir ki, Rusiya 2024-cü ildə Ümumdünya Gənclər Festivalına ev sahibliyi edəcək. Rusiya prezidenti Vladimir Putinin çərşənbə günü dərc olunmuş fərmanına əsasən, Ümumdünya Gənclər Festivalı 2024-cü ilin fevral-mart aylarında Rusiyada keçiriləcək.

Hökumətə üç ay müddətində tədbirin hazırlanması və keçirilməsi ilə bağlı tədbirlər hazırlamaq, habelə maliyyə mənbələrini müəyyən etmək tapşırılıb. Onlara festivalın mediada işıqlandırılmasında da köməklik göstərilməlidir.