Ən son xəbərlər:

18.03.2023/17:16 / Yaponiya və Almaniya faydalı qazıntıların tədarükü sahəsində əməkdaşlığı təsdiqləyiblər

Yaponiya və Almaniya faydalı qazıntıların tədarükü sahəsində əməkdaşlığı təsdiqləyiblər.

xeberaz.info Rusiya KİV-lərinə istinadən bildirir ki, Yaponiya və Almaniya faydalı qazıntıların sabit tədarükünü təmin etmək sahəsində əməkdaşlığı təsdiqləyiblər.

Bunu Yaponiyanın baş naziri Fumio Kişida Almaniya nümayəndə heyəti ilə hökumətin məsləhətləşmələrindən sonra deyib.

Biz təsdiq etdik ki, minerallar, həmçinin yarımkeçiricilər və akkumulyatorlar sahəsində etibarlı təchizat zəncirləri yaratmaq üçün əməkdaşlıq edəcəyik, – TASS onun sözlərindən sitat gətirib.

Kişida qeyd edib ki, Tokio və Berlin kritik infrastrukturu qorumaq və yeni texnologiyaların təhlükəsizliyini təmin etmək üçün də əməkdaşlıq etmək barədə razılığa gəliblər.

Bundan əvvəl Almaniyanın müdafiə naziri Boris Pistorius yaponiyalı həmkarı Yasukazu Hamada ilə Tokioda danışıqlarda bildirib ki, Berlin müdafiə vasitələri sahəsində Tokio ilə əməkdaşlığı intensivləşdirmək niyyətindədir.