Ən son xəbərlər:

18.03.2023/13:40 / ABŞ Qara dəniz üzərində dron uçuşları bərpa edib

ABŞ Qara dəniz üzərində dron uçuşlarını bərpa edib.

xeberaz.info lenta.ru-ya istinadən bildirir ki,  MQ-9 Reaper pilotsuz təyyarəsinin qəzaya uğramasından sonra Birləşmiş Ştatlar Qara dəniz üzərində dron uçuşlarına yenidən başlayıb. Bu barədə “Reuters” ABŞ rəsmilərinə istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, bu dəfə RQ-4 Global Hawk pilotsuz təyyarəsi Qara dəniz üzərində uçub.

Daha əvvəl CNN məlumat vermişdi ki, pilotsuz təyyarənin itirilməsindən sonra ABŞ qəza yerinə daha bir cihaz göndərib. Hərbçilər MQ-9 Reaper-in köməyi ilə hadisə yerinə baxış keçirib, həmçinin qalıqları axtaran rusiyalı mütəxəssisləri izləyiblər.

Martın 14-də Amerikaya məxsus MQ-9 Reaper pilotsuz uçuş aparatının Qara dəniz üzərində qəzaya uğraması barədə məlum olub. Vaşinqton iddia edir ki, o, beynəlxalq hava məkanında adi əməliyyat keçirib, lakin onu müşayiət edən Rusiya təyyarəsi tərəfindən vurulub.

Müdafiə Nazirliyi bu məlumatı təkzib edib.