Ən son xəbərlər:

16.03.2023/10:51 / BRİKS ölkələri Rusiya ilə əməkdaşlıqda maraqlıdırlar

BRİKS ölkələri Arktikada Rusiya ilə əməkdaşlıqda çox maraqlıdırlar.

xeberaz.info eadaily-ya istinadən bildirir ki, Rusiya çoxlu sayda dövlətin, o cümlədən BRİKS ölkələrinin (Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika) Arktika regionunda onunla əməkdaşlıqda marağını müşahidə edir. Bu barədə ötən gün, martın 15-də keçirdiyi mətbuat konfransında Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi, Arktika Şurasının yüksək vəzifəli şəxsləri komitəsinin sədri Nikolay Korçunov bildirib.

Biz müxtəlif ölkələrdən, o cümlədən BRİKS ölkələrindən Rusiya ilə Arktikada əməkdaşlığa böyük maraq görürük,- Korçunov belə bildirib.