Ən son xəbərlər:

09.03.2023 / 20:01 / Rusiya-Misir münasibətləri kontekstində flaqman layihə

Misirdə atom elektrik stansiyasının tikintisi sürətlə gedir.

xeberaz.info-nun məlumatına görə Misirdə Əl-Dəbaa atom elektrik stansiyasının yerində yanalma körpüsünün tikintisi üzrə işlər yekunlaşıb. Bu barədə “Arab Africa” teleqram kanalı məlumat yayıb.

Bu yanalma körpüsü Rusiyanın “Rosatom” dövlət korporasiyası tərəfindən inşa edilən AES-ə xidmət göstərmək və onun tikintisi üçün lazım olan avadanlığın çatdırılması üçün istifadə olunacaq.

EADaily xatırladır ki, Rusiya Misirdə ilk atom elektrik stansiyasını tikir. Rusiyanın Misirdəki səfiri Georgi Borisenkonun qeyd etdiyi kimi, El-Dabaa AES layihəsi Rusiya-Misir münasibətləri kontekstində flaqman layihədir.