Ən son xəbərlər:

08.03.2023 / 06:10/ABŞ Rusiyaya həyati əhəmiyyətli malların ixracından narahatdır

ABŞ Rusiyaya həyati əhəmiyyətli malların ixracından narahatdır.

xeberaz.info-nun məlumatına görə ABŞ ərəb ölkələrində mövcud olan Rusiya təşkilatlarına qarşı sanksiyalar tətbiq etməyə başlayıb. Bu barədə “Alkhaleej Online” qəzeti məlumat yayıb.

2023-cü il fevralın 24-də ABŞ Moskva və Əbu-Dabidə yerləşən MTS də daxil olmaqla ondan çox Rusiya bankını sanksiyalar siyahısına daxil edib.

Mart ayının əvvəlində İngiltərənin Financial Times qəzeti ABŞ, Avropa İttifaqı və Böyük Britaniya rəsmilərinin BƏƏ-yə səfər edərək onları Rusiyaya həyati əhəmiyyətli malların ixracını dayandırmağa çağırdıqlarını bildiriıb.

Birləşmiş Ərəb Əmirliklərinin ikili məqsədlər üçün istifadə oluna bilən elektronika kimi əşyaların təkrar ixrac mərkəzinə çevriləcəyindən ABŞ hökuməti bərk narahatdır.