Ən son xəbərlər:

03.03.2023/20:09/ Belarusda Nobel mükafatı laureatına hökm oxundu

Belarusda Nobel mükafatı laureatına hökm oxundu.

xeberaz.info-nun məlumatına görə  Nobel mükafatı laureatı Ales Belyatski Belarus məhkəməsi tərəfindən 10 il müddətinə azadlıqdan məhrum edilib. Müvafiq qərarı bu gün Minskin Leninski rayon məhkəməsi çıxarıb.

Müttəhimlər arasında Belyatski, Vladimir Labkoviç, Valentin Stefanoviç və Dmitri Solovyov da olub. Onlardan üçü – Belyatski, Stefanoviç və Labkoviç həbsdə, Solovyov isə ölkədən kənarda olduğu üçün, onun barəsində məhkəmə qiyabi keçirilib. Stefanoviç 9 il, Labkoviç 7 il, Solovyov isə 8 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, Belyatski ölkədə vəziyyəti sabitləşdirmək üçün külli miqdarda pulu sərhəddən keçirməkdə ittiham olunurdu. O, 2022-ci ildə Rusiya və Ukrayna insan haqları təşkilatları tərəfindən Nobel Sülh Mükafatı laureatına layq görülüb.