Ən son xəbərlər:

27.02.2023/15:27 / ABŞ, Almaniya və Polşa Rusiyadan gələn təhlükəyə aydın cavab hazırlayır

ABŞ, Almaniya və Polşa Rusiyadan gələn təhlükəyə aydın cavab hazırlayır.

xeberaz.info-nun məlumatına görə Almaniyanın müdafiə naziri Boris Pistorius fevralın 26-da axşam ARD televiziya kanalında deyib ki, ABŞ Berlin və Varşava ilə “NATO-nun şərq sərhədinə Rusiyadan gələn təhlükəyə cavab olaraq Polşada birgə hərbi manevrlər keçirmək üçün danışıqlar aparır.

Almaniya Müdafiə Nazirliyinin başçısı bildirib ki, hazırda bu cür təlimlərin keçirilməsi məsələsi başqa təfərrüatları açıqlamadan nəzərdən keçirilir. Onun sözlərinə görə, Ukrayna ilə həmsərhəd ölkədə hərbi manevrlər NATO müttəfiqlərinə, eləcə də Rusiyaya çox aydın siqnal verəcək.