Ən son xəbərlər:

17.02.2023/17:19/ Alimlər İstanbulda güclü zəlzələ olacağını proqnozlaşdırırlar

Alimlər İstanbulda güclü zəlzələ olacağını proqnozlaşdırırlar.

xeberaz.info-nun məlumatına görə Türkiyədə bir neçə seysmoloq bu yaxınlarda İstanbulda dağıdıcı zəlzələ olacağını proqnozlaşdırıb. Bu barədə Türkiyənin “Hürriyet” nəşri məlumat yayıb.

Alimlər bildirirlər ki, metropol Anadolu və Avrasiya tektonik plitələrinin qovşağında, Mərmərə dənizinin altından keçən Şimali Anadolu qırağından 15-20 kilometr cənubda yerləşir.

Türkiyədə baş verən dağıdıcı zəlzələ artıq 40 minə yaxın insanın həyatına son qoyub və müxtəlif hesablamalara görə, Türkiyə Respublikasının ÜDM-nin təxminən 10%-nə çatan böyük iqtisadi itkilərə səbəb olub.