Ən son xəbərlər:

17.02.2023/17:14/ Türkiyənin kosmik agentliyinin rəhbəri seysmik silahların mövcudluğundan danışıb

Türkiyənin kosmik agentliyinin rəhbəri seysmik silahların mövcudluğundan danışıb.

xeberaz.info-nun məlumatına görə Türkiyə Kosmik Agentliyinin rəhbəri Serdar Hüseyn Yıldırım seysmik silahların mövcudluğunu açıqlayıb.

Türkiyə rəsmisi qeyd edib ki, Warrior peykləri var ki, onlar kosmosdan istənilən hədəfə 10 metrlik titan xəlitəli çubuqlar göndərə bilirlər! Həmin çubuqlar yerin 5 kilometr dərinliyinə nüfuz edərək 7-8 bal gücündə zəlzələyə səbəb ola bilirlər.

Daha əvvəl xəbər verdiyi kimi, Ankaranın keçmiş meri Melih Gökçek Türkiyədə baş verən dağıdıcı zəlzələnin “ABŞ və İsrailin işi” olduğu versiyasını irəli sürüb.

Qırılma xəttində yığılan enerjinin aktivləşdirilməsi, qazların yığılmasının mümkünlüyü zəlzələyə səbəb ola bilər. Bunun ən gözəl nümunəsi Gölcük zəlzələsidir.