Ən son xəbərlər:

17.02.2023/16:50/ “Qazprom” qaz kəmərinin tikintisi üçün yeni sahələrin adını açıqlayıb

“Qazprom” qaz kəmərinin tikintisi üçün yeni sahələrin adını açıqlayıb.

xeberaz.info-nun məlumatına görə “Qazprom”un rəhbəri Aleksey Miller holdinqin 30 illik yubileyi münasibətilə keçirilən tədbirdə Rusiya prezidenti Vladimir Putinə videobağlantı vasitəsilə perspektivli layihələrin – “Sila Sibiri – 2” və “Soyuz Vostok”un inkişafı planları barədə məlumat verib. Bu barədə bu gün, fevralın 17-də Kremlin saytında bildirilib.

Miller Çin və Monqolustan ərazilərindən yeni qaz kəmərlərinin çəkildiyini təsdiqləyib.“Qazprom”un planlarına ölkənin qaz nəqli infrastrukturunun inkişafı da daxildir. Beləliklə, Rusiyanın Avropa hissəsində boru kəmərləri Şərq Qaz Proqramının imkanları ilə birləşdiriləcək.