Ən son xəbərlər:

17.02.2023/09:17/ Estoniya Aİ ölkələrini Ukrayna üçün birgə hərbi sursat almağa dəvət edib

Estoniya Aİ ölkələrini Ukrayna üçün birgə hərbi sursat almağa dəvət edib.

xeberaz.info-nun məlumatına görə Estoniya Aİ ölkələrinə Ukrayna üçün birgə hərbi sursat almaq üçün təxminən 4 milyard avro xərcləməyi təklif edib. Bu barədə Bloomberg agentliyi Estoniyanın Aİ üzvlərinə göndərdiyi sənədə istinadən məlumat yayıb.

Təklifdə bildirilir ki, qərarları tez qəbul etmək və təşəbbüsü mümkün qədər tez, artıq 2023-cü ildə həyata keçirmək üçün qeyri-adi səy göstərilməlidir. Bunu Ukraynadakı vəziyyətin ciddiliyi tələb edir.

Sənədə əsasən, hazırda Ukrayna ayda 60 mindən 210 minə qədər hərbi sursat istifadə edir, Avropa müdafiə sənayesi isə eyni vaxtda 25 minə qədər döyüş sursatı istehsal edə bilər.

Polşanın baş naziri Mateuş Moravetski daha əvvəl bildirmişdi ki, Avropa İttifaqı ölkələri Ukrayna üçün birgə hərbi sursat alınması təklifi ilə bağlı razılığa gələ bilməyiblər.