Ən son xəbərlər:

17.02.2023/02:39/ BMT Rusiyanın təşkilatdan çıxarılması ilə bağlı çağırışlara cavab verib

BMT Rusiyanın təşkilatdan çıxarılması ilə bağlı çağırışlara cavab verib.

xeberaz.info-nun məlumatına görə Rusiyanı BMT-dən çıxarmaq çağırışları Ukraynada sülh axtarışına töhfə vermir. Bu barədə təşkilatın baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik bildirib.

Düjarrik Rusiya Federasiyasının təşkilatın tərkibindən çıxarılması ilə bağlı vaxtaşırı çağırışları şərh edərkən bildirib ki, üzv ölkələrin təcrid edilməsi uzunmüddətli sülh axtarışlarına kömək etmir.

Bundan əvvəl Ukrayna lideri Vladimir Zelenski Rusiyanı BMT Təhlükəsizlik Şurasında səsvermə hüququndan məhrum etməyə və qərarlara veto qoymağa çağırıb. ABŞ konqresmenləri Stiv Koen və Con Uilson Konqresə ABŞ prezidenti Co Baydeni Rusiyanın dünya təşkilatının Təhlükəsizlik Şurasından kənarlaşdırılmasını tələb edən qətnamə layihəsi təqdim ediblər.