Ən son xəbərlər:

17.02.2023/02:24/ Ankara həmişə NATO-nun güclənməsini dəstəkləyir

Ankara həmişə NATO-nun güclənməsini dəstəkləyir.

xeberaz.info-nun məlumatına görə  Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu NATO-nun baş katibi Yens Stoltenberq ilə Ankarada keçirdiyi birgə mətbuat konfransında bildirib ki, əgər İsveç və Finlandiya NATO-ya üzv olmaq istəyirlərsə, müvafiq addımlar atmalıdırlar, xüsusən də bu addımları İsveç atmalıdır. Anadolu agentliyi  bu barədə xəbər verib.

Çavuşoğlunun sözlərinə görə, isveçli radikalların Quranın yandırılmasını ehtiva edən son təxribatları uğursuz olub.

NATO-nun 2022-ci ilin iyununda Madriddə keçirilən sammiti çərçivəsində Türkiyə, Finlandiya və İsveç arasında imzalanmış üçtərəfli memorandum üzrə öhdəliklərin yerinə yetirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Çavuşoğlu  qeyd edib ki, biz iki Skandinaviya dövlətinin sözdə deyil, əməldə vədlərini yerinə yetirməsini gözləyirik. İsveç və Finlandiyanın öhdəliklərini ümumiyyətlə yerinə yetirmədiyini söyləmək düzgün olmazdı. Lakin biz bu ölkələrdən gözlədiyimiz addımları görmürük.

Ancaq Türkiyə həmişə NATO-nun güclənməsini dəstəkləyir.

Türkiyə NATO-nun fəaliyyətinə və missiyalarına ən çox töhfə verən beş ölkə arasındadır. Türkiyə alyansın ümumi büdcəsinə ən çox töhfə verən 8 ölkədən biridir.