Ən son xəbərlər:

13.02.2023/15:13/ Böyük Fin şirkəti Rusiyadakı son aktivi ilə vidalaşır

Böyük Fin şirkəti Rusiyadakı son aktivi ilə vidalaşır.

xeberaz.info-nun məlumatına görə Finlandiyadan olan EKE konserni Rusiyadakı son aktivlə – yarımçıq San Gally Park ofis və otel kompleksi ilə ayrılır. Obyekt, “Kommersant”ın verdiyi məlumata görə, Sankt-Peterburqda yerləşir.

Biznesmen Eduard Tiktinskinin şirkəti RBI San Gally Parkı alacaq. Bazar ekspertlərinin fikrincə, çox güman ki, sahibkar həmin ərazini yenidən yaşayış kompleksinə çevirəcək. Əməliyyatın gözlənilən məbləği təxminən 3-5 milyard rubl təşkil edir, tərəflərin özləri hələlik dəqiq məbləği açıqlamayıblar.

Finlandiyanın EKE şirkəti 2021-ci ildə kompleksin tikintisinə başlayaraq layihəni 30% yerinə yetirə bilib. İşlər 2024-cü ildə başa çatdırılmalı idi.

Xatırladaq ki, RBI-nin Sankt-Peterburqda və Leninqrad vilayətində daşınmaz əmlakı var.