Ən son xəbərlər:

13.02.2023/14:58/ Türkiyə neft terminalı zəlzələdən sonra yenidən açılıb

Türkiyə neft terminalı zəlzələdən sonra yenidən açılıb.

xeberaz.info-nun məlumatına görə Bakı-Tbilisi-Ceyhan boru kəmərindən neftin tankerlə daşınması Türkiyə limanındakı terminalda bərpa edilib, bu barədə fevralın 12-də Böyük Britaniyanın BP neft-qaz korporasiyasının Azərbaycan bölməsindən məlumat verilib.

Ceyhan Aralıq dənizi terminalında tankerlərin yüklənməsi əməliyyatları Türkiyənin BTC boru kəməri operatoru tərəfindən fevralın 6-da ölkədə baş verən dağıdıcı zəlzələ ilə əlaqədar dayandırılıb.

2022-ci ilin sonunda BTC ilə ixrac edilən 224 milyon barelə qədər neft Ceyhandakı terminalda 305 tankerlə daşınıb.

BTC-nin ümumi uzunluğu 1768 kilometrdir ki, bunun da 443 kilometri Azərbaycandan, 249 kilometri Gürcüstandan, 1076 kilometri isə Türkiyədən keçir. Kəmərin tikintisinə 2003-cü ilin aprelində başlanmış və 2005-ci il mayın 18-də neftlə doldurulmuşdur.

Layihəni həyata keçirmək üçün 2002-ci il avqustun 1-də yaradılmış BTC Co-nun səhmdarları bunlardır: BP (30,1 faiz), Azərbaycanın SOCAR (25 faiz), Macarıstanın MOL (8,9 faiz), Norveçin Equinor (8,71 faiz), Türkiyənin TPAO Şirkətin (6,53%), İtaliyanın Eni (5%), Fransanın TotalEnergies (5%), Yaponiyanın Itochu (3,4%) və Inpex (2,5%), Amerikanın ExxonMobil (2,5%) və Hindistanın ONGCVidesh (2,36%) şirkətləridir.