Ən son xəbərlər:

13.02.2023/14:28/ Türkiyədə 158 saat dağıntılar altında qalan uşaq sağ qalıb

Türkiyədə 158 saat dağıntılar altında qalan uşaq sağ qalıb.

xeberaz.info-nun məlumatına görə Türkiyənin Kahramanmaraş şəhərində Tacikistandan olan xilasedicilər xüsusi texnika vasitəsilə Yavuz adlı üç yaşlı uşağı dağıntılar altından sağ çıxarıblar. O, dağılmış evin altında 158 saat qalıb.

Xilasedicilər onu tapanda körpəni daha çox qorxutmamaq üçün avadanlıqları söndürüblər. Uşağın yanına sürünüblər.

Tacikistan xilasediciləri bir müddət əvvəl dağıntılar altından bir kişini və onun altı aylıq körpəsini sağ çıxarıblar. Onlar altı gün dağıntılar altında qalıblar.

Xilasetmə işlərinin bütün dövrü ərzində Tacikistandan olan mütəxəssislər dağıntılar altından 78 nəfərin cəsədini çıxarıblar.

Türkiyəyə yardım etmək üçün Tacikistandan 50 nəfərlik xilasedici və həkim qrupu, həmçinin 2,5 ton xüsusi texnika göndərilib. Düşənbə həmçinin 100 ton humanitar yardım – ərzaq və ilkin tələbat malları çatdırıb.