Ən son xəbərlər:

13.02.2023/08:38/ ABŞ Ukrayna münaqişəsinə son qoymağa çalışmır

ABŞ Ukrayna münaqişəsinə son qoymağa çalışmır.

xeberaz.info-nun məlumatına görə Çinin “Global Times” qəzetinin materialında deyilir ki, ABŞ hazırda Ukraynadakı münaqişəyə son qoymaqda maraqlı deyil. Nəşr analitiklərə istinadən yazır ki, ABŞ bu gün Rusiya ilə danışıqlar aparmaq niyyətində deyil.

Analitiklərin mülahizələrinə görə keçən il Rusiya-Ukrayna danışıqlarının bir neçə raundunun müəyyən bir nəticələrə gətirib çıxarmaması göstərdi ki, hətta Moskva və Kiyev hər hansı bir razılığa gəlsələr belə, Vaşinqton dərhal müdaxilə edib bütün prosesi korlayacaq.

Danışıqlarda əsas məsələ Moskva ilə Vaşinqton arasında konsensusun əldə olunmasının mümkünlüyüdür.