Ən son xəbərlər:

13.02.2023/06:52/ İsveçrə bankında dondurulmuş Rusiya aktivlərinin məbləği hesablanıb

İsveçrə bankında dondurulmuş Rusiya aktivlərinin məbləği hesablanıb.

xeberaz.info-nun məlumatına görə İsveçrənin ən böyük banklarından biri olan Bank Credit Suisse Rusiyanın 17,6 milyard frank məbləğində aktivlərini dondurub. Readovka teleqram kanalının məlumatına görə, bu vəsait həm dövlətə, həm də Rusiyadan olan özəl investorlara məxsusdur.

Aydın olub ki, 17,6 milyard İsveçrə frankı dollar ifadəsində təxminən 19 milyarddır.

Bundan əvvəl KİV-lər İsveçrə banklarında cəmi 7,5 milyard frank və ya 8 milyard dolların dondurulması ilə bağlı xəbərlər yaymışdı. Amma real məbləğ bundan çox idi. Ümumi məbləğin yalnız 4 milyard frankı İsveçrənin tətbiq etdiyi sanksiyalara məruz qalan şəxslərə məxsusdur. Qalanları isə dost olmayan dövlətlərin sanksiyalarına görə bloklanıb.